“Qəbələ” Urfan İsmayılovla yollarını ayırıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Urfan “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.
Komandamızın uğurunda əməyi olan İsmayılova təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayırıq.