“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə görüş keçirilib.
Qəbələdə yerləşən Uşaq Reabilitasiya Mərkəzində təşkil olunan tədbirdə klubumuzun futbolda sosial məsuliyyət üzrə meneceri Asəf Zeynallı və komandamızın üzvləri iştirak ediblər.
Sağlamlıq imkanları məhdud uşaqların vəziyyəti ilə yaxından maraqlanan futbolçular onlarla xatirə şəkilləri çəkdiriblər. Görüş zamanı futbolçularla oynayan uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər.
"Qəbələ" İK hər zaman sosial layihələrə xüsusi önəm verir. Bu cür tədbirlər sağlamlıq imkanı məhdud uşaqların fiziki, psixoloji və mənəvi sağlamlığının artırılmasında vacib rol oynayır.
Qəbələ Uşaq Reabilitasiya Mərkəzində bölgədəki rayonlar üzrə il ərzində 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilir.