“Qəbələ” Uşaq Reabilitasiya Mərkəzində görüş keçirdi - Fotoreportaj
Xəbərlər / 19 Fevral 2026 | 16:4311449
“Qəbələ” Uşaq Reabilitasiya Mərkəzində görüş keçirdi - Fotoreportaj

“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə futbolda sosial məsuliyyətin meyarlarından biri “Futbol hamı üçün” mövzusu ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib.

 

Qəbələdə yerləşən Uşaq Reabilitasiya Mərkəzində təşkil olunan tədbirdə komandamızın üzvləri, futbolçular iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaqdır. Futbolçularımız mərkəzdə yerləşən uşaqların vəziyyəti ilə yaxından maraqlanıb,  onlarla xatirə şəkilləri çəkdiriblər.

 

Bu cür tədbirlər sağlamlıq imkanı məhdud uşaqların fiziki, psixoloji və mənəvi sağlamlığının artırılmasında vacib rol oynayır.

 

Qəbələ Uşaq Reabilitasiya Mərkəzində bölgədəki rayonlar üzrə il ərzində 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilir.