«Qəbələ» üstünlüyünü qoruya bilmədi
Xəbərlər / 30 Mart 2016 | 14:03177
«Qəbələ» üstünlüyünü qoruya bilmədi

AZAL – “Qəbələ” 2:1
30 mart 2016. Saat 15:00. AZAL Arena, 400 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Nahid Əliyev
Dördüncü hakim: Fariz Yusifov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Kamil Hüseynov, 6 (qeyri-idman hərəkəti); Rail Məlikov, 36 (hakim qərarına etiraz); Emin Cəfərquliyev, 43 (qeyri-idman hərəkəti) // Rafael Santos, 65 (qeyri-idman hərəkəti); Ürfan Abbasov, 67 (qeyri-idman hərəkəti); Rəşad Eyubov, 82 (qeyri-idman hərəkəti); Ermin Zets, 84 (hakim qərarına etiraz)
Qollar: Tural Hümbətov, 54; Murad Səttarlı, 73 // Aleksey Qay, 37 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.
Bu gün Topaz Premyer Liqasında XXVII turun oyunlarına start verilib. “Qəbələ” III dövrənin son oyununu səfərdə keçirib. “Qırmızı-qaralar” AZAL-ın qonağı olub. Komandamız ardıcıl 5 səfər matçında uduzmadığı paytaxt klubu ilə qarşılaşmaya 3 xal iddiası ilə çıxıb. Ötən turun oyunu ilə müqayisədə “Qəbələ”nin start heyətində 4 dəyişiklik olub. Baş məşqçi Roman Qriqorçuk bu dəfə Asif Məmmədov, Rikardinyo, Ürfan Abbasov və Samir Zərgərova da şans verib. Əvəzində komandanın kapitanı Dodo, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov və Sergey Zenyov “11-lik”dən kənarda qalıb. Braziliyalının yoxluğunda kapitan sarğısı Rəşad Sadiqova verilib.
Komandamız oyuna fəal başlayıb. İlk dəqiqələrdən hücuma keçən “qırmızı-qaralar” paytaxta 3 xal üçün yollandığını göstərib. Ardıcıl hücumlar təşkil edən qonaqlar meydan sahiblərinin əks-hücumlarının qarşısını da almaqda çətinlik çəkməyib. Hesab fasiləyə az qalmış açılıb. 36-cı dəqiqədə Aleksey Qay fərqlənib. Ukraynalı yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib. Bu onun Premyer Liqada 10-cu qolu olub.
“Qəbələ” ikinci hissədə üstünlüyünü artırmağa çalışsa da, meydan sahibləri məğlubiyyətlə barışmaq istəmədiyini nümayiş etdirib. Bunun nəticəsi olaraq fasilədən az sonra AZAL hesabda tarazlıq yaradıb. Bərabərlik qolunu Tural Hümbətov vurub. Bundan sonra hər iki komanda qələbə qazanmaq üçün rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmağa çalışıb. Lakin yenə qol sevincini meydan sahibləri yaşayıb. Murad Səttarlı AZAL-a 3 xal qazandıran qolu vurub. Bundan sonra hesabı dəyişməyə müyəssər olmayan “Qəbələ” səfərdən xalsız dönüb - 1:2.
Beləliklə III dövrəni 41 xalla tamamlayan komandamız turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

AZAL
16. Stanislav Namaşko
2. Rail Məlikov (k)
3. Tural Hümbətov
24. Emin Cəfərquliyev
22. Kamal Mirzəyev
(23. Hacı Əhmədov, 37)
14. İlqar Ələkbərov
5. Kamil Hüseynov
21. Murad Səttarlı
9. Aydın Qasımov
(19. Məhəmməd Bədəlbəyli, 88)
11. Ruslan Nəsirli
(10. Nuqzar Kvirtiya, 59)
77. Adan Koronado

Ehtiyat oyunçular:
1. Amil Ağacanov
4. Qvanzav Maqomedov
20. İsmayıl İbrahimli
88. Mirzağa Hüseynpur

Baş məşqçi: Tərlan Əhmədov

“Qəbələ”
22. Dmitri Bezotosni
4. Elvin Camalov
6. Rəşad Sadiqov (k)
7. Ermin Zets
11. Asif Məmmədov
(32. Rəşad Eyubov, 74)
19. Aleksey Qay
20. Rikardinyo
34. Ürfan Abbasov
(21. Arif Daşdəmirov, 79)
44. Rafael Santos
66. Samir Zərgərov
87. Ruslan Abışov
(69. Aleksey Antonov, 74)

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
3. Voislav Stankoviç
5. Pavel Paşayev
97. Roman Hüseynov

Baş məşqçi: Roman Qriqorçuk