«Qəbələ» üstünlüyünü qoruya bilmədi 
Xəbərlər / 3 Noyabr 2019 | 19:31193
«Qəbələ» üstünlüyünü qoruya bilmədi 

“Qəbələ” – “Sabah” – 1:2

3 noyabr 2019. Saat 17:00. Qəbələ şəhər stadionu, 350 tamaşaçı

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Namiq Hüseynov

Dördüncü hakim: Rəşad Əhmədov

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Sarı vərəqələr: Cavid İmamverdiyev, 5 (qeyri-idman hərəkəti); Məhəmməd Mirzəbəyov, 78 (qeyri-idman hərəkəti); Məqsəd İsayev, 84 (qeyri-idman hərəkəti); Saşa Stamenkoviç, 90+5 (oyunun bərpasını ləngitdiyinə görə)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: İqor Ponomaryov, 67 (hakimin qərarına etiraz)

Qollar: Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulub. Turun son oyunu Qəbələdə keçirilib. “Qəbələ” öz meydanında “Sabah”la görüşüb. “Qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində iki dəyişiklik edib. Sarı vərəqələr üzündən ötən qarşılaşmanı buraxan  Merab Qiqauri və Fernan Lopez heyətə dönüb. Onlar ilk “11-lik”də Rövlan Muradov və Faiq Hacıyevi əvəzləyiblər.

Görüşə fəal başlayan “Qəbələ” ilk dəqiqələrdən təşəbbüsü ələ alıb. Lakin ardıcıl hücumları dəqiq zərbə ilə tamamlamaq mümkün olmayıb. Fernan Lopez, Merab Qiqauri, Klesio Bauk və Davit Volkovun zərbələri yaddaqalan olsa da, çərçivədən yan keçib. İlk yarının gedişində oyunda tarazlıq yaradan qonaqlar da bir neçə təhlükəli hücum təşkil edib. Qarşılıqlı hücumlar zamanı Anar Nəzirov bir neçə dəfə ustalığını göstərib. Klesionun 36-cı dəqiqədə endirdiyi baş zərbəsində də dəqiqlik çatmayıb. Fasilə ərəfəsində hesab açılıb. Topu rəqibdən “oğurlayan” Klesionun qapı önünə ötürməsini Volkov dəqiq zərbə ilə tamamlayıb – 1:0.

İkinci hissə paytaxt təmsilçisinin hücumları ilə başlayıb. Bunun nəticəsi olaraq Cavid İmamverdiyev hesabı bərabərləşdirib. Buraxılan qoldan sonra fəallığı artıran “Qəbələ” bir neçə qol imkanı əldə edib. Volkovun yaxın məsafədən zərbəsini qapıçı qaytarıbsa, Qiqauri hədəfə düşməyib. Qarşılıqlı hücumlarla davam edən görüşdə Qismət Alıyevin cərimə zərbəsi və Asif Məmmədovun qapını nişan alması da diqqət çəkib. Lakin “Sabah”ın sürətli əks-hücumu qonaqların önə keçməsi ilə nəticələnib. Bundan sonra hücumlarının kəsəri artan “qırmızı-qaralar” dəfələrlə bərabərlik qolu vurmağa yaxın olub. Volkovun baş zərbəsini qapıçı kornerə çıxarıb. İvitsa Juniç bir neçə metrdən tiri nişan alıb. Meydana sonradan daxil olan Ülvi İsgəndərov isə yaxın məsafədən başla dəqiq zərbə endirə bilməyib.

Beləliklə, “Qəbələ” doğma meydanda keçirdiyi görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

11. Asif Məmmədov

7. Roman Hüseynov

(19. Rövlan Muradov, 85)

74. Yusif Nəbiyev

9. Davit Volkov

3. İviça Zuniç

10. Klesio Bauk

77. Merab Qiqauri

21. Fernan Lopez

(14. Ülvi İsgəndərov, 83)

2. Amin Seydiyev

 

Ehtiyat oyunçular:

 

94. Tərlan Əhmədli

36. Elməddin Sultanov

28. Murad Musayev

4. Sadiq Quliyev

20. Faiq Hacıyev

 

Baş məşqçi: Azər Bağırov

 

“Sabah”

1. Saşa Stamenkoviç (k)

22. Məqsəd İsayev

(6. Vadim Abdullayev, 90+2)

10. Cavid İmamverdiyev

17. Məhəmməd Mirzəbəyov

4. Bəhlul Mustafazadə

13. Filip İvanoviç

23. Amadu Diallo

27. Hendrik Ekşteyn

9. Ulise Diallo

(21. Rocer Roxas, 90+4)

26. Ozan Can Kökcü

(5. Kərim Diniyev, 81)

11. Şakir Seyidov

 

Ehtiyat oyunçular:

 

71. Dmitro Bezruk

99. Abbas Ağazadə

20. Anar Panayev

38. Arsen Ağcabəyov

 

Baş məşqçi: Rövşən Babayev