“Səbail” – “Qəbələ” – 3:1
16 fevral 2020. Saat 16:30. “ASCO Arena”, 300 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Eyyub İbrahimov
Dördüncü hakim: Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Sarı vərəqələr: Rahid Əmirquliyev, 52 (qeyri-idman hərəkəti); Ruslan Hacıyev, 61 (qeyri-idman hərəkəti) // Klesio Bauk, 55 (qeyri-idman hərəkəti); Fernan Lopez, 61 (hakimin qərarına etiraz), 75 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 81 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Fernan Lopez, 75
Qollar: Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.
Azərbaycan Premyer Liqasında XVII turun ikinci oyun gününə start verilib. Günün ilk matçı “ASCO Arena”da keçirilib. “Qəbələ” “Səbail”in qonağı olub. Ötən turun “Sabah”la görüşü ilə müqayisədə “qırmızı-qaralar”ın start heyətində üç dəyişiklik edilib. Qapıçı Anar Nəzirov, legionerlər Abderafik Jerar və Nikolas Raysel ilk “11-lik”də yer alıb. Onlar Tərlan Əhmədli, Ülvi İsgəndərov və Asif Məmmədovu əvəzləyiblər.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Ön xətdə daha fəal təsir bağışlayan “Qəbələ” rəqib qapısı önünə bir neçə təhlükəli həmlə təşkil edib. Bunlardan biri Nikolas Rayselin hesabı açması ilə nəticələnib. Fransalı forvard ardıcıl ikinci oyunda qol sevinci yaşayıb. Buraxılan qoldan sonra bakılılar fəallığı artırsalar da, “Qəbələ” də yaddaqalan hücumlar qurub. Lakin fasiləyədək hesab dəyişməyib.
İkinci yarı komandamız üçün uğursuz başlayıb. Fasilədən az sonra meydan sahibləri Mirsahib Abbasovun qolu ilə hesabda tarazlıq yaradıblar. Bundan ruhlanan paytaxt təmsilçisi hücumlarını davam etdirib və az keçməmiş 2-ci qolu vurub. Rauf Əliyev “Səbail”i hesabda irəli çıxarıb. Səfərdə oynamasına baxmayaraq ardıcıl hücumlar quran “qırmızı-qaralar” bir neçə dəfə fərqlənməyə yaxın olub. Klesio Baukun uzaq zərbələri yaddaqalan olub. 75-ci dəqiqədə Fernan Lopez ikinci sarı vərəqəyə görə meydanı tərk edib. Bundan sonra da üstünlüyünü sürdürən “Qəbələ” hücumlara ara verməyib. Lakin belə həmlələr rəqib üçün sürətli əks-hücum imkanı yaradıb. Belə epizodların birində penalti qazanan ev sahibləri 3-cü qolu vuraraq görüşdən 3 xalla ayrılıblar.
“Səbail”
1. Aleksandr Rıbka
13. Şəhriyar Rəhimov
14. Rahid Əmirquliyev (k)
34. Urfan Abbasov
55. Adil Nağıyev
9. Mirsahib Abbasov
(7. Fəhmin Muradbəyli, 62)
11. Rauf Əliyev
10. Maykl Esyen
(8. Lema Mabidi, 62)
21. Eriko da Silva
27. Hendrik Ekşteyn
19. Ruslan Hacıyev
(97. Bahadur Həziyev, 84)
Ehtiyat oyunçular:
25. Elxan Əhmədov
88. Orxan Qurbanlı
4. Eltun Yaqublu
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
3. Turan Manafov
30. Murad Qayalı
79. Əli Sadıxov
45. Kənan Quliyev
Baş məşqçi: Aftandil Hacıyev
“Qəbələ”
1. Anar Nəzirov (k)
8. Qismət Alıyev
74. Yusif Nəbiyev
3. İviça Juniç
10. Klesio Bauk
77. Merab Qiqauri
21. Fernan Lopez
12. Abdelrafik Jerar
(9. Ehtiram Şahverdiyev, 90)
32. Nikolas Raysel
19. Rövlan Muradov
(14. Ülvi İsgəndərov, 73)
2. Amin Seydiyev
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
11. Asif Məmmədov
5. Rasim Ramaldanov
28. Murad Musayev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
22. Rodriqo Qattas
17. Yaovi Akakpo
55. İdris İnqilablı
27. Samir Məhərrəmli
Baş məşqçi: Azər Bağırov