“Qəbələ” – “Neftçi” – 1:2
10 sentyabr 2022. Saat 18:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Cəmil Quliyev
Dördüncü hakim: Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: İlkin Qırtımov, 82 (qeyri-idman hərəkəti) // Emin Mahmudov, 22 (qeyri-idman hərəkəti); Eddi İsrafilov, 86 (qeyri-idman hərəkəti); Rəhman Hacıyev, 88 (qeyri-idman hərəkəti); Aqil Məmmədov, 90+3 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Məqsəd İsayev, 32 // Ataa Caber, 46, 53
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 5 dəq.
Misli Premyer Liqasında ikinci oyun gününə start verilib. Günün ilk matçı Qəbələdə baş tutub. “Qırmızı-qaralar” öz meydanında “Neftçi”ni qəbul edib. “Qəbələ”nin start heyətində ötən turla müqayisədə bir dəyişiklik olub. Baş məşqçi Elmar Baxşıyev ilk dəqiqələrdən Ramon Maçadoya şans verib. O, “11-lik”də Omar Hanini əvəzləyib.
“Qəbələ” ilk dəqiqələrdən fəallıq nümayiş etdirib. Hissənin əvvəlində Ramon Maçado, İsnik Alimi və Felipe Santosun zərbələri yaddaqalan olub. Qarşılıqlı hücumlarla keçən ilk 45 dəqiqənin birinci yarısında öncə Ramon Maçado, ardınca Rafael Utziq topu tora qovuşdursa da, hər iki epizodda ofsayd qeydə alınıb. Qonaqların həmlələrinin qarşısını müdafiə xətti almağı bacarıb. Bir neçə dəfə Səlahət Ağayev inamlı oynayıb. Hesab 31-ci dəqiqədə açılıb. İsnik Alimidən ötürmə alan Məqsəd İsayev “Qəbələ”ni hesabda önə çıxarıb. Bu, müdafiəçinin mövsümdə ikinci qolu olub. Buraxılan qoldan sonra “Neftçi” daha çox hücum qurmağa çalışsa da, müdafiədə səhvsiz oynayan “qırmızı-qaralar”ın sürətli əks-həmlələri yaddaqalan olub. Ön xətdəki braziliyalı “üçlük” – Ramon Maçado, Felipe Santos və Rafael Utziq rəqibin müdafiəsini gərginlikdə saxlayıb.
İkinci hissə bakılıların üstünlüyü ilə keçib. Fasilədən sonra fəallığı artıran qonaqlar qısa müddətdə iki qol vurub. Paytaxt təmsilçisi hesabda önə keçdikdən sonra da hücumlarını davam etdirib. Elmar Baxşıyev əvəzetmələrlə oyunun axarını dəyişməyə çalışıb. “Qırmızı-qaralar”ın bir neçə sürətli əks-hücumu yaddaqalan olub. İlkin Qırtımov və Asif Məmmədovun zərbələrində dəqiqlik çatmayıb. Omar Haninin qapı önünə ötürməsini qapayan olmayıb. Hissənin ikinci yarısı qarşılıqlı hücumlarla keçib. Matçın sonlarında “qırmızı-qaralar” daha böyük qüvvə ilə irəli atılsa da, bərabərlik qolunu vura bilməyib. Beləliklə, “Qəbələ” ev görüşündə 1:2 hesabı ilə uduzub.
“Qəbələ”
1. Səlahət Ağayev
11. Asif Məmmədov (k)
2. İlkin Qırtımov
27. Məqsəd İsayev
28. Murad Musayev
91. Ramon Maçado
(14. Ülvi İsgəndərov, 84)
4. Ruan Renato
5. İsnik Alimi
23. Rafael Utziq
97. Felipe Santos
(7. Rövlan Muradov, 79)
6. Feras Abu Akal
(10. Omar Hani, 62)
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
33. Hüseyn Mürsəlov
77. Emil Səfərov
20. Rauf Rüstəmli
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”
30. Aqil Məmmədov
8. Emin Mahmudov (k)
14. Eddi İsrafilov
(27. Fərid Yusifli, 87)
26. Ömər Buludov
(21. İsmayıl Zülfüqarlı, 46)
6. Voyislav Stankoviç
4. Solomon Kverkveliya
(3. Mamadu Mbodj, 46)
5. Kenni Sayef
(17. Rəhman Hacıyev, 87)
7. Azər Əliyev
23. Ataa Caber
11. Qodsvey Donyo
(77. Yeqor Boqomolski, 54)
24. Yusuf Laval
Ehtiyat oyunçular:
1. İvan Brkiç
94. Əlirza Müştəbazadə
2. Mert Çelik
20. Vüsal Əsgərov
73. Ramin Nəsirli
82. Rüfət Abbasov
16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf