“Qəbələ” – “Qarabağ” – 1:3
11 noyabr 2018. Saat 17:30. Qəbələ şəhər stadionu, 800 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Cavanşir Yusifov
Dördüncü hakim: Ramiz Məhərrəmov
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Ceyms Adeniyi, 39 (tələb olunan məsafəyə riayət etmədiyinə görə); Elvin Camalov, 50 (qeyri-idman hərəkəti)
Qollar: Ceyms Adeniyi, 31 // İnnosent Emeqara, 47; Markos Madera, 65; Filip Ozobiç, 68
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə - 2 dəq.
Bu gün Topaz Premyer Liqasında XI turun oyunları keçirilir. “Qəbələ” milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində “Qarabağ”la üz-üzə gəlib. Sənan Qurbanovun yetirmələri Qəbələ şəhər stadionundakı matça ötən turla müqayisədə bir dəyişikliklə çıxıb. “Sabah”la görüşdə meydana sonradan daxil olan komandamızın kapitanı Cavid Hüseynov “11-liy”ə qayıdıbsa, Sabien Lilay ehtiyatda qalıb.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Oyunda ilk qol epizodunu “Qəbələ” yaradıb. Sol cinahdan ötürmədən sonra top cərimə meydanı daxilində İlqar Qurbanovun önünə düşüb. Əlverişli mövqedə olan təcrübəli müdafiəçinin zərbəsi istənilən kimi alınmayıb.
Bundan sonra tədricən təşəbbüsü ələ alan qonaqlar daha çox hücum edib. Lakin sürətli həmlələr təşkil edən “qırmızı-qaralar” kifayət qədər kəsərli hücumlar qurub. 33-cü dəqiqədə Təmkin Xəlilzadənin soldan yerinə yetirdiyi künc zərbəsi qolla başa çatıb. “İkinci mərtəbə”də hamını qabaqlayan Ceyms Adeniyinin baş zərbəsi dirəyin yanından qapıdan keçib. Qonaq futbolçuların bu epizoddakı çaşqınlığı hesabın açılması ilə nəticələnib. Hesab açıldıqdan sonra da oyunun ssenarisi dəyişməyib. Cinahda fəallığı ilə seçilən Təmkinin bir neçə keçidi yaddaqalan olub. Bunların birində cinah oyunçumuz yerə yıxılsa da, qayda pozuntusu qeydə alınmayıb.
İkinci hissə qonaqların hesabda tarazlıq yaratması ilə başlayıb. 47-ci dəqiqədə İnnosent Emeqara fərqlənib. Bu qoldan sonra azarkeşlər bir müddət qarşılıqlı hücumlara şahidlik edib ki, ötürmə səhvlərinin çoxluğu da diqqət çəkib. Tədricən üstünlüyə yiyələnən “Qarabağ” hissənin ortalarında vurulan 2 qolla hesabı öz xeyrinə dəyişib. Bu topdan sonra “qırmızı-qaralar” oyunda dönüş yaratmağa çalışıb. Lakin futbolçularımız real qol vəziyyəti yaratmaqda çətinlik çəkiblər. Düzdür, matçın sonlarında təhlükəli nöqtədən təyin edilən cərimə zərbəsi imkanı qazanılıb. Lakin Lalavele Atakoranın zərbəsi istənilən kimi alınmayıb.
Beləliklə, “Qəbələ” hesabı açdığı oyunda üstünlüyünü qoruya bilməyib və 1:3 hesabı ilə məğlub olub.
“Qəbələ”
30. Aqil Məmmədov
3. Voislav Stankoviç
4. Elvin Camalov
14. Cavid Hüseynov (k)
17. Ceyms Adeniyi
18. İlqar Qurbanov
(5. Rasim Ramaldanov, 72)
21. Atakora Lalavele
27. Bəhlul Mustafazadə
28. Stiven Monroz
33. Təmkin Xəlilzadə
34. Urfan Abbasov
Ehtiyat oyunçular:
22. Dmitri Bezotosnı
35. Murad Popov
7. Roman Hüseynov
8. Qismət Alıyev
10. Rauf Əliyev
11. Asif Məmmədov
26. Faiq Hacıyev
32. Amin Seydiyev
79. Əli Sadıxov
88. Sabien Lilay
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov
“Qarabağ”
1. Hannes Halldorsson
2. Qara Qarayev
4. Rahil Məmmədov
5. Maksim Medvedev (k)
7. İnnosent Emeqara
(9. Araz Abdullayev, 84)
8. Markos Madera
11. Mahir Mədətov
17. Abdullah Zubir
(6. Simeon Slavçev, 78)
19. Filip Ozobiç
30. Abbas Hüseynov
(77. Donald Qerye, 61)
55. Bədavi Hüseynov
Ehtiyat oyunçular:
12. Şahruddin Məhəmmədəliyev
13. Vaqner Da Silva
10. Dani Kintana
14. Rəşad Sadıqov
21. Hacıağa Hacılı
25. Ansi Aqolli
28. Con Delarj
52. Yakub Jezniçak
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov