UEFA Avropa Liqasının II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubu ilə qarşılaşan “Qəbələ” iyulun 20-də keçiriləcək cavab oyununun hazırlığını davam etdirir. Görüşə Polşanın paytaxtı Varşavada hazırlıq keçən “qırmızı-qaralar” iyulun 17-də növbəti məşqini gerçəkləşdirib. Baş məşqçi Roman Qriqorçukun yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli “Drukarz” klubunun stadionunda baş tutub. “Qırmızı-qaralar” toplu və topsuz çalışmaları yerinə yetiriblər.
Xatırladaq ki, iyulun 16-dan Varşavada hazırlıq keçən “Qəbələ” bu gün də paytaxtda məşq edəcək. Komandamız sabah baş tutacaq oyunöncəsi son məşqi matçın keçiriləcəyi Belostok şəhər stadionunda gerçəkləşdirəcək.