«Qəbələ» «Volın»ı iki qolla keçdi - Fotoreportaj
Oyun icmalı / 25 Yanvar 2013 | 20:13501
«Qəbələ» «Volın»ı iki qolla keçdi - Fotoreportaj

"QƏBƏLƏ" – "Volın" - 2:1 (1:0)
Qollar: Yannik Kamanan, 13 (1:0), Viktor Mendi, 62 (2:1)

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Ukrayna "Volın"ı ilə üz-üzə gələn qırmızı-qaralar 2:1 hesabilə qalib gəliblər.
"Qəbələ" meydançaya aşağıdakı start heyətlə çıxıb: 
Anar Nəzirov, Deyan Kelhar, Omar Kalabane, Daniel Kruz, Pulhak, Ceyhun Sultanov, Yannik Kamanan, Emeqara, Luka Jinko, Valentiç, George Vasiliu.
Matç Ramiz Məmmədovun yetirmələrinin üstünlüyü ilə başlayıb. Ardıcıl hücumlar 13-cü dəqiqədə öz bəhrəsini verib. Qapıçı ilə üzbəüz qalan Yannik Kamanan topu tora göndərib - 1:0. Hissənin sonlarına doğru fəallığını argtıran "Volın" hesabı bərabərləşdirməyə müvəffəq olub - 1:1.
İkinci hissəyə də üstün başlayan tərəf "Qəbələ" olub. Rəqibi təzyiq altında saxlayan qırmızı-qaralar 62-ci dəqiqədə hesabda irəli çıxıblar. Oyuna ikinci yarıda daxil olan Viktor Mendi başla dəqiq oynayıb - 2:1. Final fitinə kimi hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab dəyişməyib və qırmızı-qaralar qarşılaşmadan qalib ayrılıblar.