«Qəbələ»-«Volqa» matçında hesab açılmadı
Xəbərlər / 22 Yanvar 2014 | 23:25310
«Qəbələ»-«Volqa» matçında hesab açılmadı

"Qəbələ" - "Volqa" (Rusiya) - 0:0

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti - beşinci yoxlama oyununu keçirib. "Qırmızı-qaralar"  Rusiyanın "Volqa" klubu ilə qarşılaşıb. Yuri Syominin komandası matça aşağıdakı start heyətlə başlayıb:
David Petrkeviç, Ruslan Tağızadə, İbrahima Niasse, Elnur Allahverdiyev, Rafael Santos, Nuran Qurbanov, Dodo, Nizami Hacıyev, Leonardo da Silva, Yannik Kamanan, Viktor Mendi.

Matç ərzində tərəflərin fərqlənmək imkanları olsa da, oyunda hesab açılmayıb. 
Xatırladaq ki, bu görüşə qədər "Qəbələ" Türkiyənin “Maltepespor” (1:1), Qazaxıstanın “Spartak” (1:1) və “Tobol” (2:1), Türkiyənin "Konyaspor" (2:4) komandaları ilə qarşılaşıb.