«Qəbələ» «West Hospital»la yeni müqavilə imzaladı
Xəbərlər / 18 May 2023 | 11:402289
«Qəbələ» «West Hospital»la yeni müqavilə imzaladı

“Qəbələ” İdman Klubu tibbi tərəfdaşı “West Hospital” klinikası ilə müqaviləni uzadıb. Tərəflər arasında əməkdaşlıqla bağlı yeni razılaşma 2023/24 mövsümünü əhatə edir.

Bu gün müqavilənin uzadılması ilə bağlı mərasim təşkil olunub. Tədbirdə “West Hospital”ın baş meneceri Coşqun Həşimov, “Qəbələ”nin baş meneceri Nail Kərimov, media və marketinq meneceri Anar Hacıyev iştirak edib.

Müqaviləyə əsasən, “West Hospital”ın loqosu “Qəbələ”nin əsas komandasının formasının qolunda əks olunacaq. Klubun stadionunda və mətbuat konfransı zalında da loqo yer alacaq.

Xatırladaq ki, 2022-ci ilin yanvarından “Qəbələ”nin tərəfdaşı olan “West Hospital”da 20-dən çox tibbi şöbə fəaliyyət göstərir. Burada Avropa istehsalı olan ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Klinikada yüksək ixtisaslı, təcrübəli həkimlərdən ibarət heyət xidmət göstərir.