“Qəbələ” “Xəzər-Lənkəran”ı son saniyələrdə “yıxdı”
Oyun icmalı / 20 Fevral 2012 | 20:00722
“Qəbələ” “Xəzər-Lənkəran”ı son saniyələrdə “yıxdı”

 

"Qəbələ" 2:1 "Xəzər Lənkəran" 

21 fevral 2012. Saat 14:00. Qəbələ rayon Böyük Əmili kənd stadionu. 1000 tamaşaçı

Baş hakim: Elçin Məmmədov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Knyaz Əmiraslanov

Dördüncu hakim: Əliyar Ağayev

AFFA nümayəndəsi: Oqtay Abdullayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

Sarı vərəqələr: Daniel Lupez Kruz, 10 ; Mahir Şükürov, 45+1 ; Aleksandr Çertoqanov, 60 //  Elnur Allahverdiyev, 22; Katalin Doman, 46 ; Rendal Brenes, 75; Adrian Pit, 87 

Qollar: Aleksandr Çertoqanov, 41; Deon Barton, 90+2 // Rahid Əmirquliyev, 26

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.


 

Matç  “Qəbələ”nin kəskin hücumları ilə start götürdü. Fatih Kavlakın yetirmələri  artıq 5-ci dəqiqədə Mahir Şükürovun ifasında hesabı aça bilərdilər. Kapitanın cərimə zərbəsindən birbaşa qapıya göndərdiyi topu qapıçı  Kamal Bayramov zərərsizləşdirdi.  15-ci dəqiqədə kamal bayramov yenidən diqqət mərkəzinə düşdü. Bu dəfə o , Dodonun sevinməsinə imkan vermədi.  Bu dəqiqələrdə əsasən müdafiəyə diqqət ayıran qonaqlar arabir uzaqdan zərbələrlə Pavel Doroşevi narahat etməyə çalışırdılar. Belə epizodlardan birində “Xəzər Lənkəran” hesabı açdı.  Cərimə meydançasının önündə topu qəbul edən Rahid Əmirquliyev hedəfi dəqiq nişan aldı – 0:1.

Qapısında qol görməsinə baxmayaraq “Qəbələ” tezliklə toparlandı. Hücuma atılan meydan sahibləri 29-cu dəqiqədə Murad Hüseynovnovun ifasında hesabı bərabərləşdirmək imkanı yaxalasa da, hücumçu şansdan yararlana bilmədi. Hücumlarının kəsərini artıran “Qəbələ” 41-ci dəqiqdə istədiyinə çatdı. Aleksandr Çertoqanov qüvvətli zərbə ilə hesabı bərabərləşdirdi – 1:1. Hissənin sonunda Murad Hüseynov komandasını irəli çıxarmaq şansından yararlana bilmədi.

İkinci hissə də eyni ssenari üzrə davam etdi. 66-cı dəqiqdə Fatih Kavlakın Murad Hüseynovu Deon Bartonla əvəzləməsi “Qəbələ”nin hücumdakı fəallığını bir qədər də artırdı. Ard-arda  qonaqların qapısı ağzında təhlükəli epizodlar yaradan meydan sahibləri 78-ci dəqiqədə rəqibin qapısına yol tapdılar. Lakin Dodonun zərbə anında yan xətt  hakimi oyundankənar vəziyyət qeydə aldı  və hesab dəyişmədi. Hər kəsin matçın heç-heçə ilə yekunlaşacağını düşündüyü anda – qarşılaşmanın əsas vaxtına əlavə olunmuş  2-ci dəqiqədə Deon Barton Mendinin ideal ötürməsini dəqiqliklə tamamladı – 2:1. 

Bununla da, “Qəbələ” ilk altılıqdakı yerini biraz daha möhkəmləndirdi.


 


“Qəbələ”

 

12. Pavels Doroşevs

4. Mahir Şükürov (k)

6. Lyuba Baranin

8. Bruno da Silva

9. Viktor Mendi

11. Yannik Kamanan

(24. Tərzin Cahangirov, dəq.90)

18. Aleksandr Çertoqanov

20. Stiv Olfers

22. Murad Hüseynov

(34. Ürfan Abbasov, dəq.66)

26. Daniel Lupez Kruz

(10. Deon Burton, dəq.66)

77. Luiz Paulo Hillario


Ehtiyat oyunçular:


30. Qrem Smit

14. Veselko Trivunovic

21. Elmar Baxşıyev

33. Saşa Yunisoğlu


Baş məşqçi: Fatih Kavlak


“Xəzər Lənkəran”


85. Kamal Bayramov

2. Elnur Allahverdiyev

3. Elvin Beqiri

6. Roberto Alviz

(15. Sadio Tounkara, dəq.78)

7. Katalin Doman

(10. Elnur Abdullayev, dəq.88)

8. Eder Bonfim

9. Branimir Subaşiç

11. Andrei Mureşan

14. Rahid Əmirquliyev (k)

16. Adrian Pit

22. Antonio Semedo

(30. Rendal Brenes, dəq.55)


Ehtiyat oyunçular:


1. Kamran Ağayev

18. Alim Qurbanov

21. Rodomir Todorov

33. Stevan Bates


Baş məşqçi: Cüneyt Biçer