“Qəbələ” Topaz Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran”la oyununun hazırlığına start verib. Ötən turun “Rəvan”la aprelin 15-də keçirilən ev qarşılaşmasından (2:0) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib. Komanda üzvləri bu gün baş tutan məşqə fiziki hazırlıqla başlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalarla davam etdirilib. Roman Qriqorçukun yetirmələri növbəti məşqini sabah, günün ikinci yarısında gerçəkləşdirəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” - “Qəbələ” oyunu aprelin 23-də keçiriləcək. Lənkərandakı “Xəzər Lənkəran” mərkəzi stadionunda baş tutacaq görüş saat 16:30-da start götürəcək.