«Qəbələ» yarımfinalda
Xəbərlər / 9 Mart 2016 | 13:35188
«Qəbələ» yarımfinalda

“Qəbələ” – “Zirə” - 5:1
Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunları
09 mart 2016. Saat 15:00. Qəbələ şəhər stadionu, 2000 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Coşqun Həsənov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Rafael Santos, 18  (qeyri-idman hərəkəti); Voislav Stankoviç, 22 (qeyri-idman hərəkəti); Aleksey Antonov, 86 (hakim qərarına etiraz) // Nurlan Novruzov, 27 (qeyri-idman hərəkəti); Sadiq Quliyev, 65 (qeyri-idman hərəkəti); Çimezi Mbah, 80 (qeyri-idman hərəkəti); Vüsal İsgəndərov, 90 (qeyri-idman hərəkəti)
Qollar: Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 2 dəq.
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir. “Qəbələ” öz meydanında “Zirə” ilə qarşılaşıb. Səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar” doğma azarkeşləri önünə yarımfinala vəsiqə qazanmaq üçün çıxıb. Komandamızın baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” ilə oyunu ilə müqayisədə start heyətində 3 dəyişiklik edib. Ruslan Abışov, Dodo və Aleksey Antonov bu dəfə “11-lik”dən kənarda qalıb. Əvəzində Asif Məmmədov, Vojislav Stankoviç və Ermin Zets start heyətində yer alıb. Komandanın kapitanı Dodonun yoxluğunda bu funksiyanı Rəşad Sadiqov yerinə yetirib.
“Qəbələ” qarşılaşmaya çox fəal başlayaraq ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Bunun nəticəsində “qırmızı-qaralar” erkən qolla hesabı açıb. Matçın 5-ci dəqiqəsində Aleksey Qay fərqlənib. O, Arif Daşdəmirovun qapı önünə göndərdiyi topu qapıdan keçirib. Hücumlarına ara verməyən komandamız 7 dəqiqə sonra fərqi artırıb. Bu dəfə də Qay rəqib qapısına yol tapıb. Ukraynalının dublu ilə cütün taleyinə böyük ölçüdə aydınlıq gəlsə də, “qırmızı-qaralar” rəqib qapısında təzyiqi azaltmayıb. Ardıcıl hücumlar 3-cü qolla nəticələnib. Bu dəfə Rəşad Sadiqov qonaqları məyus edib. Bu qoldan sonra “Qəbələ” hücumlarının kəsərini azaldıb. Bundan yararlanan paytaxt təmsilçisi oyunu tarazlaşdırıb, üstünlüyü ələ almağa çalışıb. Fərqi azaltmaq üçün həmlələr təşkil edən “Zirə” hücumların birində istəyinə çatıb. Nurlan Novruzov fərqi 2-yə endirib.
İkinci hissə sakit məcrada başlayıb. Hücum təşkil etməyə çalışan komandalar daha çox meydanın mərkəzində mübarizə aparıb. Lakin Qriqorçukun əvəzetmələri yenə oyunun axarına təsir edib. Ukraynalı mütəxəssisin meydana buraxdığı Rəşad Eyyubov ikinci hissədə dönüş yaradıb. Belə ki, onun oyuna daxil olması ilə üstünlüyə yiyələnən komandamız daha iki qol vurub. Yarımmüdafiəçi əvvəl cərimə zərbəsindən fərqlənərək hesabı 4:1-ə çatdırıb. Az sonra onun dəqiq ötürməsini Ermin Zets tamamlayıb - 5:1. Bu qoldan sonra da üstünlük meydan sahiblərində olub. Qonaqlar isə əks-hücumlara ümid etsə də, Nurlanın fəallığı fayda verməyib.
Beləliklə, 5:1 hesabı ilə qalib gələn “Qəbələ” kubokun yarımfinalına yüksəlib.

“Qəbələ”
22. Dmitri Bezotosni
3. Voislav Stankoviç
4. Elvin Camalov
6. Rəşad Sadiqov (k)
(32. Rəşad Eyubov, 46)
7. Ermin Zets
8. Məhəmməd Mirzəbəyov
9. Sergey Zenyov
(20. Rikardinyo, 46)
11. Asif Məmmədov
19. Aleksey Qay
(69. Aleksey Antonov, 70)
21. Arif Daşdəmirov
44. Rafael Santos

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
10. Dodo
25. Qismət Alıyev
87. Ruslan Abışov

Baş məşqçi: Roman Qriqorçuk

“Zirə”
85. Kamal Bayramov (k)
2. Çimezi Mbah
39. Sadiq Quliyev
77. Ruslan Poladov
5. Adil Nağıyev
6.Vüqar Mustafayev
(7. Dieqo Souza, 58)
8. Tərzin Cahangirov
17. Nicat Qurbanov
(96. Elgün Nəbiyev, 67)
90. Vüsal İsgəndərli
32. Luiz Alberto Diez
19. Nurlan Novruzov
(14. Tellur Mütəllimov, 76)

Ehtiyat oyunçular:
1. Anar Nəzirov
27. Rəşad Abdullayev
28. Təmkin Xəlilzadə
9. Nelson Bonilla

Baş məşqçi: Adil Şükürov