AZAL – “Qəbələ” – 0:1
Azərbaycan Kuboku, ¼ final mərhələsi, cavab oyunu
21 dekabr 2016. Saat 16:00. AZAL Arena, 250 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Elman Musayev
Dördüncü hakim: Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: David Canelidze, 32 (hakimi aldatmağa cəhd); Kamil Hüseynov, 51 (qeyri-idman hərəkəti); Kamal Mirzəyev, 68 (qeyri-idman hərəkəti); Eltun Hüseynov, 87 (qeyri-idman hərəkəti) // Voislav Stankoviç, 24 (qeyri-idman hərəkəti)
Qol: Asif Məmmədov, 53
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.
İlk oyun: 1:2
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. 2016-cı ildə son oyununa çıxan “Qəbələ” AZAL-la qarşılaşıb. Bakıda baş tutan görüşə qonaq qismində çıxan “qırmızı-qaralar” ilk matçdakı üstünlüyü qorumaq üçün mübarizə aparıb. 8 gün öncə 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində həmin matçla müqayisədə 4 dəyişiklik olub. Belə ki, Elvin Camalov, Ruslan Qurbanov, Filip Ozobiç və Rafael Santos bu dəfə start heyətində yer almayıb. Əvəzində Nika Kvekveskiri, Qismət Alıyev, Teo Uiks və Rəşad Eyyubov ilk dəqiqələrdən meydana çıxıb.
Görüşün ilk hissəsi qarşılıqlı hücumlarla keçib. “Qəbələ” topa daha çox nəzarət edib, ərazi üstünlüyünə yiyələnsə də, bunu real qol vəziyyətlərinə çevirə bilməyib. Düzdür, “qırmızı-qaralar” fasiləyədək iki dəfə hesabı açmağa yaxın olub. Bir epizodda Sergey Zenyov, standart vəziyyət zamanı isə Vojislav Stankoviç fərqlənmək imkanı qazanıb. Lakin nə komandamız, nə də kifayət qədər iddialı təsir bağışlayan meydan sahibləri fasiləyədək hesabı açıb.
İkinci hissə qol epizodları baxımından daha zəngin olub. Hər iki komanda rəqib qapısında kifayət qədər təhlükə yaratmağı bacarıb. Artıq 53-cü dəqiqədə hesab açılıb. Asif Məmmədov AZAL-ın qapısına yol tapıb – 1:0. Bu qolun ardından da “Qəbələ” fərqi artırmaq imkanları əldə edib. Bir neçə dəfə Teo Uiks şansı qaçırıbsa, Zenyovun da əlverişli imkanı olub. Meydan sahibləri də hesabda tarazlıq yaratmaq üçün sürətli hücumlar təşkil edib. Xüsusilə də matçın sonluğunda Dmitri Bezotosnı oyuna daha çox daxil olub. Lakin “qırmızı-qaralar” qələbə hesabını qorumağı bacarıb.
Bu görüş “Qəbələ” üçün bəzi məqamlarla da əlamətdar olub. İkinci hissənin gedişində akademiyamızın yetirməsi 17 yaşlı Fərid Nəbiyev və 20 yaşlı Ramil Hasanov əsas komandada debüt imkanı qazanıb. Həmçinin bu matç “qırmızı-qaralar”ın tarixinə 50-ci kubok oyunu kimi düşüb.
Beləliklə, ilk oyunda olduğu kimi yenə rəqibinə qalib gələn “Qəbələ” yarımfinala yüksəlib. 2017-ci il martın 30-da və aprelin 5-də baş tutacaq mərhələdə komandamızın rəqibi “İnter” olacaq. İlk matç paytaxt klubunun meydanında keçiriləcək.
AZAL
23. Aqil Məmmədov
3. Tural Hümbətov
5. Kamil Hüseynov
24. Emin Cəfərquliyev (k)
18. Ruslan Əmircanov
14. İlqar Ələkbərov
27. Eltun Hüseynov
(9. Röyal Nəcəfov, 72)
17. Rəşad Abdullayev
10. Nuqzar Kvirtiya
(8. Sadio Tounkara, 56)
77. Adan Koronado
(7. Kamal Mirzəyev, 62)
21. David Canelidze
Ehtiyat oyunçular:
90. Hossein Kamelqolamitussi
4. Qvanzav Maqomedov
88. Mirzağa Hüseynpur
19. Elnur Süleymanov
Baş məşqçi: Tərlan Əhmədov
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
6. Rəşad Sadiqov (k)
7. Nika Kvekveskiri
8. Qismət Alıyev
9. Sergey Zenyov
(90 Ramil Hasanov , 74)
11. Asif Məmmədov
(14. Cavid Hüseynov, 89)
15. Vitali Vernidub
27. Teo Uiks
(70. Fərid Nəbiyev, 90)
32. Rəşad Eyubov
34. Ürfan Abbasov
Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
19. Filip Ozobiç
44. Rafael Santos
80. Bəhlul Mustafazadə
Baş məşqçi: Roman Qriqorçuk