«Qəbələ» yarımfinalda!
Xəbərlər / 19 Dekabr 2019 | 20:51251
«Qəbələ» yarımfinalda!

“Sabah” – “Qəbələ” – 2:3

19 dekabr 2019. Saat 18:00. “Bank Respublika Arena”, 700 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Qəzənfər Məmmədov

Dördüncü hakim: Namiq Bəkirov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Sarı vərəqələr: Şakir Seyidov, 38 (qeyri-idman hərəkəti); Təmkin Xəlilzadə, 60 (qeyri-idman hərəkəti); Coşqun Diniyev, 90+2 (qeyri-idman hərəkəti) // Rövlan Muradov, 67 (qeyri-idman hərəkəti); Yusif Nəbiyev, 76 (hakimin qərarına etiraz)

Qollar: Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65

Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 6 dəq.

İlk oyun – 0:3

 

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. “Qəbələ” səfərdə “Sabah”la qarşılaşıb. Dörd gün öncə evdə keçirilən qarşılaşmada 3:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” paytaxtdakı görüşə də iddialı çıxıblar.

Düzdür, meydan sahibləri topa daha çox nəzarət etsələr də, təhlükəli vəziyyətləri “Qəbələ” yaradıb. Rəqib qapısını dəfələrlə nişan alan komandamız ilk yarının ortalarında hesabı da açıb. Davit Volkov iki dəqiqəyə iki qol vuraraq cütün taleyi ilə bağlı şübhələrə aydınlıq gətirib. Buraxılan qollardan sonra meydan sahibləri fəallaşmağa cəhd etsələr də, “qırmızı-qaralar”ın sürətli hücumları daha yaddaqalan olub. Hesab fasilədən sonra dəyişib. Öncə bakılılar fərqi minimuma endiriblər. Bu qoldan üç dəqiqə sonra Klesio Bauk “Sabah”ın qapısına yol tapıb. Bu, mozambiklinin kubokda 3-cü qolu olub. Paytaxt təmsilçisi daha bir qol vursa da, komandamız qələbə hesabını qoruyub saxlaya bilib.

Beləliklə, “Qəbələ” 2019-cu ildəki son oyununda 3:2 hesabı ilə qalib gəlib.

 

 “Sabah”

1. Saşa Stamenkoviç (k)

5. Kərim Diniyev

(97. Emil Qasımov, 26)

22. Məqsəd İsayev

19. Təmkin Xəlilzadə

7. Coşqun Diniyev

77. Cavid Tağıyev

(17. Məhəmməd Mirzəbəyov, 46)

4. Bəhlul Mustafazadə

13. Filip İvanoviç

23. Amadu Diallo

26. Ozan Can Kökcü

(27. Hendrik Ekşteyn, 67)

11. Şakir Seyidov

 

Ehtiyat oyunçular:

 

71. Dmitro Bezruk

6. Vadim Abdullayev

9. Ulise Diallo

21. Rocer Roxas

99. Abbas Ağazadə

20. Anar Panayev

2. Elçin Mustafayev

38. Arsen Ağcabəyov

 

Baş məşqçi: Jelko Sopiç

 

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

74. Yusif Nəbiyev

9. Davit Volkov

(7. Roman Hüseynov, 46)

3. İviça Zuniç

10. Klesio Bauk

77. Merab Qiqauri

21. Fernan Lopez

(55. İdris İnqilablı, 60)

6. İbrahima Niasse

(11. Asif Məmmədov, 65)

19. Rövlan Muradov

2. Amin Seydiyev

 

Ehtiyat oyunçular:

 

94. Tərlan Əhmədli

28. Murad Musayev

4. Sadiq Quliyev

13. Kristian Kuaku

20. Faiq Hacıyev

22. Rüstəm Nuriyev

15. Vüsal Məsimov

 

Baş məşqçi: Azər Bağırov