“Qəbələ” – “Sumqayıt” – 1:1
AK 1/4 final, cavab oyunu
13 fevral 2022. Saat 15:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Rəhman İmami, Vüsal Məmmədov
Dördüncü hakim: Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Fernan Lopes, 64 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 67 (qeyri-idman hərəkəti); Ruan Renato, 68 (qeyri-idman hərəkəti); Ülvi İsgəndərov, 73 (qeyri-idman hərəkəti) // Vüqar Mustafayev, 52 (qeyri-idman hərəkəti); Höccət Haqverdi, 69 (qeyri-idman hərəkəti); Elşən Abdullayev, 89 (qeyri-idman hərəkəti)
Qollar: İsnik Alimi, 18 // Araz Abdullayev, 82 (p.)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 3 dəq.
İlk oyun – 1:0
Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları davam edir. Mərhələnin son gününə Qəbələdə start verilib. “Qırmızı-qaralar” səfərdə 1:0 hesabı ilə məğlub etdiyi “Sumqayıt”la qarşılaşıb. Baş məşqçi Elmar Baxşıyev ilk matçla müqayisədə start heyətində üç dəyişikliyə ehtiyac duyub. Ehtiram Şahverdiyev, Stefan Vukçeviç və Omar Hani bu dəfə ehtiyatda qalıbsa, Murad Musayev, Patrik Robsonla Samet Karakoç ilk dəqiqələrdən meydana çıxıb.
Qarşılaşmaya qonaqlar daha fəal başlayıb. İlk 10-15 dəqiqədə rəqibin hücumlarının qarşısını inamla alan “Qəbələ” tədricən üstünlüyə yiyələnib və topa daha çox nəzarət edib. Rövlan Muradov və Rafael Utziq hesabı açmaq üçün əlverişli imkanları qaçırıb. Fernan Lopesin künc zərbəsindən sonra qapı önünə təkrar ötürməsini İsnik Alimi baş zərbəsi ilə tamamlayıb. İlk görüşdə qələbə qoluna imza atan şimali makedoniyalı ardıcıl ikinci kubok görüşündə fərqlənib. “Qırmızı-qaralar” fərqi artırmaq üçün hücumlarını davam etdirsə də, futbolçulara son zərbə zamanı dəqiqlik çatmayıb. Meydan sahibləri “Sumqayıt”ın oyunun axarını dəyişmək cəhdlərinin qarşısını almağı da bacarıblar.
İkinci hissə də eyni ssenari ilə keçib. Fasilədən sonra sumqayıtlılar böyük qüvvə ilə irəli atılaraq hücumlar təşkil edib. Rəqibin təzyiqinin qarşısını alan “Qəbələ” əvəzetmələrlə oyunda tarazlıq yaradıb. Hər iki komandanın qapısı önündə bir neçə yaddaqalan epizod yaransa da, hesab yalnız final fitinə 8 dəqiqə qalmış dəyişib. Qonaqlar penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Matçın sonların qarşılıqlı hücumlarla davam edib. İki oyunun yekunundakı üstünlüyünü qoruyan “Qəbələ” növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, “Qəbələ” yarımfinalda “Qarabağ”la görüşəcək. Aprelin 20-də ev matçına çıxacaq “qırmızı-qaralar” 9 gün sonra səfərdə qüvvəsini sınayacaq.
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(10. Omar Hani, 57)
11. Asif Məmmədov (k)
(8. Stefan Vukçeviç, 66)
28. Murad Musayev
27. Məqsəd İsayev
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
9. Fernan Lopes
24. Patrik Robson
(14. Ülvi İsgəndərov, 62)
2. Samet Karakoç
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
7. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
77. Emil Səfərov
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”
13. Aydın Bayramov
17. Murad Xaçayev
6. Vüqar Mustafayev (k)
(60. Elvin Məmmədov, 63)
10. Rəhim Sadıxov
(78. Araz Abdullayev, 69)
7. Tellur Mütəllimov
9. Əli Qurbani
2. Dmitro Nağıyev
4. Höccət Haqverdi
74. Yusif Nəbiyev
(24. Elşən Abdullayev, 55)
5. Camaləddin Xocaniyazov
11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular:
1. Tərlan Əhmədli
25. İlnur Valiev
18. Süleyman Əhmədov
33. Eltun Turabov
15. Vüqar Bəybalayev
19. Xəzər Mahmudov
37. Nicat Əliyev
8. Səbuhi Abdullazadə
20. Ayxan Süleymanlı
Baş məşqçi: Aleksey Baqa