«Qəbələ» yarımfinalda
Xəbərlər / 19 Dekabr 2022 | 18:251735
«Qəbələ» yarımfinalda

 “Qəbələ” – “Qarabağ” – 1:0

Azərbaycan Kuboku, ¼ final cavab oyunu

19 dekabr 2022. Saat 16:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Rəhman İmami

Dördüncü hakim: Vüqar Həsənli

VAR: Nicat İsmayıllı

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: İlham Əliyev

Sarı vərəqələr: İsnik Alimi, 16 (qeyri-idman hərəkəti); Emil Səfərov, 23 (hakimin qərarına etiraz); İlkin Qırtımov, 35 (qeyri-idman hərəkəti); Ramon Maçado, 61 (qeyri-idman hərəkəti) // Abbas Hüseynov, 50 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 82 (qeyri-idman hərəkəti); Rahil Məmmədov, 90+3 (qeyri-idman hərəkəti)

Qol: Ramon Maçado, 71

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

İlk oyun – 2:2

 

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. İlk yarımfinalçı Qəbələ şəhər stadionunda bəlli olub. “Qırmızı-qaralar” “Qarabağ”ı qəbul edib. “Qəbələ” qarşılaşmaya bu rəqiblə çempionatın XVII turundakı matçla müqayisədə iki dəyişikliklə başlayıb. İlkin Qırtımov və Feras Abu Akal start “11-lik”də yer alıb. Onlar Asif Məmmədovla Rövlan Muradovu əvəzləyib.

Görüş qarşılıqlı hücumlarla keçib. “Qırmızı-qaralar”ın sürətli həmlələri təhlükəli alınıb. Komandamız artıq ilk yarıda bir neçə imkan əldə etsə də, hesabı aça bilməyib.

Rəqib hücumlarının qarşısını inamla alan “Qəbələ” istəyinə ikinci hissədə çatıb. Cərimə zərbəsindən ötürməni qapı önündə ələ keçirən Ramon Maçado güclü və qarşısıalınmaz zərbə vurub – 1:0. Hesab açıldıqdan sonra qonaqlar fəallığı artırıb. Lakin “qırmızı-qaralar” qələbə hesabını qorumaqla yanaşı yaddaqalan hücumlar da qurub. Beləliklə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” yarımfinala yüksəlib. Komandamızın rəqibi bu gün keçiriləcək “Sabah” – “Səbail” görüşündə müəyyənləşəcək.

 

“Qəbələ”

1. Səlahət Ağayev

2. İlkin Qırtımov

(23. Rafael Utziq, 85)

27. Məqsəd İsayev

(34. Urfan Abbasov, 11)

28. Murad Musayev (k)

77. Emil Səfərov

(7. Rövlan Muradov, 85)

91. Ramon Maçado

(14. Ülvi İsgəndərov, 90+3)

4. Ruan Renato

5. İsnik Alimi

97. Felipe Santos

6. Feras Abu Akal

10. Omar Hani

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

11. Asif Məmmədov

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Qarabağ”

1. Şahruddin Məhəmmədəliyev

2. Qara Qarayev (k)

30. Abbas Hüseynov

4. Rahil Məmmədov

77. Ramil Şeydayev

13. Bəhlul Mustafazadə

18. İsmayıl İbrahimli

(20. Kadi Borqes, 68)

27. Toral Bayramov

(44. Elvin Cəfərquliyev, 76)

22. Musa Qurbanlı

(15. Leandro Andrade, 83)

8. Marko Yankoviç

(7. Riçard Almeyda, 68)

11. Kvabena Ovusu

(10. Abdullah Zubir, 68)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

5. Maksim Medvedev

55. Bədavi Hüseynov

90. Nəriman Axundzadə

6. Julio Romao

 

Baş məşqçi: Qurban Qurbanov