“Qəbələ” yarımfinalda 
Xəbərlər / 9 Fevral 2024 | 18:021590
“Qəbələ” yarımfinalda 

“Qəbələ” – “Araz-Naxçıvan” – 2:0

Azərbaycan Kuboku, 1/4 final mərhələsi cavab oyunu

9 fevral 2024. Saat 16:00. Qəbələ şəhər stadionu. 200 tamaşaçı

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov

Dördüncü hakim: Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Rəvan Həmzəzadə

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Sarı vərəqələr: Feras Abu Akal, 23 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 90+2 (qeyri-idman hərəkəti); Kristof Atanqana, 90+3 (oyunun bərpasının ləngidilməsi) // Nuno Rodriqes, 13 (qeyri-idman hərəkəti); İqor Ribeyro, 16 (qeyri-idman hərəkəti); Kadiri Mohammed, 74 (qeyri-idman hərəkəti); Vanderson Melo, 90+5 (qeyri-idman hərəkəti)

 

Qollar: Osama Xalayla, 39; Urfan Abbasov, 42

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 7 dəq.

İlk oyun – 1:1

 

“Qəbələ” növbəti oyununu keçirib. Komandamız Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçına çıxıb. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”la üz-üzə gəlib.

 

Matç qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdən fəal təsir bağışlayan Elmar Baxşıyevin yetirmələrinin hücumları daha kəsərli alınıb. Hissənin ortalarında Osama Xalayladan ötürmə alan Bilel Auaşeriya üz-üzə qaldığı qapıçı ilə dueldən qalib ayrıla bilməyib.

 

Qonaqların bir neçə yaddaqalan zərbəsini Kristof Atanqana dəf edib. Hesab hissənin sonlarında açılıb. “Qəbələ” fasilə ərəfəsində ardıcıl iki qola imza atıb.

 

Öncə Osama Xalayla yaxın məsafədən qüvvətli zərbə ilə toru silkələyib. Üç dəqiqə sonra Samuel Tettehin ötürməsini Urfan Abbasov tamamlayıb – 2:0.

 

Oyunda dönüş yaratmağa çalışan rəqib ikinci hissəyə daha fəal başlayıb. Müdafiəçilərimiz və Atanqana bir neçə epizodda rəqibin önünü ala biliblər. Sürətli hücumlar quran “Qəbələ” fərqi artırmaq imkanları əldə edib.

 

Komandamız qonaqların təzyiqinin qarşısı alındıqdan sonra oyunu bərabərləşdirib. Daha təhlükəli hücumlar quran “Qəbələ” Osama Xalayla və Bilal Auaşeriya ilə əlverişli qol imkanları qazanıb. Lakin onların zərbələrində dəqiqlik çatmayıb. Rəqib hücumlarının qarşısını alan futbolçularımız fərqi artırmağa da yaxın olub. Son dəqiqələrdə Gilad Abramovun zərbəsini qapıçı dəf edib. Beləliklə, ilk yarıda vurulan qollar “Qəbələ”yə 2:0 hesablı qələbə qazandırıb. Bununla da komandamız növbəti mərhələyə yüksəlib.

 

“Qırmızı-qaralar” yarımfinalda “Zirə” ilə qarşılaşacaq. Aprelin 2-də səfər matçına çıxacaq komandamız ayın 23-də rəqibini qəbul edəcək.

 

Qeyd edək ki, “Qəbələ” növbəti oyununu fevralın 13-də “Turan Tovuz”a qarşı keçirəcək. Misli Premyer Liqasının XXII turunun Tovuz şəhər stadionundakı matçı saat 15:00-da başlayacaq.

 

“Qəbələ”

13. Kristof Atanqana

2. İlkin Qırtımov

34. Urfan Abbasov (k)

28. Murad Musayev

5. Rauf Hüseynli

7. Emil Səfərov

20. Bilel Auaşeriya

19. Samuel Tetteh

(14. Ülvi İsgəndərov, 73)

6. Feras Abu Akal

(11. Asif Məmmədov, 57)

9. Əyyub Allaş

(8. Gilad Abramov, 85)

72. Osama Xalayla

(18. Mehrac Baxşalı, 85)

 

Ehtiyat oyunçular:

 

1. Rəşad Əzizli

36. Elməddin Sultanov

12. Nicat Əliyev

33. Hüseyn Mürsəlov

71. Sənan Ağalarov

30. Şahin Şahniyarov

27. Eşqin Əhmədov

17. Yaovi Akakpo

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Araz-Naxçıvan”

12. Kristian Avram

6. Vadim Abdullayev

(11. Ramin Nəsirli, 83)

39. Tural Bayramlı

(19. Aksel Nqando, 46)

3. Turan Manafov

22. Elçin Mustafayev

17. İldar Alekperov

(14. Miço Kuzmanoviç, 46)

9. Elvis Maşike

(10. Orxan Əliyev, 46)

29. Vanderson Melo

23. Nuno Rodriqes

(8. İsmail Azzaui, 46)

42. Kadiri Mohammed (k)

4. İqor Ribeyro

 

Ehtiyat oyunçular:

 

91. Semir Bukviç

1. Vüsal Şabanov

7. Nicat Süleymanov

55. Zamiq Əliyev

88. Tuqay Əlizadə

27. Numan Kurdiç

 

 

Baş məşqçi: Azər Bağırov