“Baku Sporting” - “Qəbələ” – 0:5
4 aprel 2025. Saat 16:00. Binə qəsəbə stadionu. 300 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Samir Qaracayev
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Elcan Hafizli, 51 (qeyri-idman hərəkəti); Xəzər Mahmudov, 77
(hakimin qərarına etiraz)
Qollar: Nicat Əliyev, 20; 89; Domi Massumo, 43; Elşad Tağıyev, 79; 86
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - yoxdur.
“Qəbələ” Premyer Liqaya vəsiqəni təmin edib.
Bu, I Liqanın XX turunda rəsmiləşib. Kaxaber Tsxadadzenin yetirmələri ikinci oyun günündə meydana çıxıblar.
Yarışın lideri olan "qırmızı-qaralar" 4-cü pillədə qərarlaşan “Baku Sporting”lə görüşüb. Komandamız səfər matçının taleyini ilk yarıda həll edib. Nicat Əliyev və Domi Massoumo Binə qəsəbə stadionundakı qarşılaşmanın fasiləsinə qədər rəqib qapısına yol tapıblar.
İkinci hissədə daha üç qol vurulub. Elşad Tağıyev dubla imza atıb, ardınca Nicat da ikinci topuna sevinib – 5:0.
Cari mövsümdə I Liqada məğlub olmayan komandamız böyükhesablı qələbə ilə xallarının sayını 52-yə çatdırıb. 4-cü pillə ilə xal fərqini 26-ya yüksəldən “qırmızı-qaralar” bununla da sona 7 tur qalmış ilk “üçlük”də yerini təmin edib. Premyer Liqaya üç komanda yüksələcəyi üçün “Qəbələ” elitaya vəsiqəyə sahib çıxıb.
Qeyd edək ki, 2006-2024-cü illərdə də Premyer Liqada çıxış edən komandamız çempionatda 2 gümüş və 3 bürünc medal qazanıb.
“Baku Sportinq”
1. Cəfər Əlizadə
6. İsa Zeynallı (k)
34. Elmin Əskərli
(22. Elcan Hafizli, 46)
33. Luka Stevanoviç
(18. İlham Allahverdiyev, 59)
37. Ruslan Süleymanov
10. Asim Əlizadə
(7. Rəhman Quliyev, 79)
9. Xəzər Mahmudov
20. Əli Mürsəlov
(16. Elşən Abdullayev, 76)
12. Hüseyn Mürsəlov
3. Elnur Mirzəyev
99. İlkin Əliyev
(11. Elvin Valiiev, 46)
Ehtiyat oyunçular:
77. Şahin Zəkiyev
4. Rəşad Həsənov
Baş məşqçi: Elman Sultanov
“Qəbələ”
1. Səlahət Ağayev
32. Elvin Yunuszadə
28. Murad Musayev (k)
9. Ruslan Voronsov
(97. Elşad Tağıyev, 64)
8. Urfan İsmayılov
(6. Emil Süleymanov, 87)
13. Nicat Əliyev
20. Oçe Oçoveçi
(19. Abdullahi Şuaybu, 64)
74. Süleyman Damadayev
14. Domi Massumo
(21. Ziya Şəkərxanov, 87)
66. Nuğay Rəşidov
10. Şahin Şahniyarov
Ehtiyat oyunçular:
12. Müşfiq Nadirov
94. Həbib Hüşənov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
5. Samir Həsənov
25. İbrahim Ramazanov
26. Elnur Mustafayev
Baş məşqçi: Kaxaber Tsxadadze