«Qəbələ» yoxlama oyunu keçirdi
Xəbərlər / 27 Fevral 2019 | 18:45728
«Qəbələ» yoxlama oyunu keçirdi

“Qəbələ” – “Baku” – 0:2

Topaz Premyer Liqasının XIX turunun hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” “Baku” ilə üz-üzə gəlib. Region Liqasında çıxış edən rəqiblə matç Bakı Olimpiya Stadionunda baş tutub.

Sənan Qurbanovun yetirmələri ilk yarıda meydana aşağıdakı “11-lik” çıxıblar: Dmitri Bezotosnı, Voislav Stankoviç, Rasim Ramaldanov, Amin Seydiyev, Sabien Lilay, Ceyms Adeniyi, Rauf Əliyev, Elvin Camalov, Asif Məmmədov, Qismət Alıyev, Rövlan Muradov.

Qarşılaşmada hesab ilk yarıda açılıb. Paytaxt futbolçuları hissənin gedişində önə keçiblər. Fasilədən sonra “Qəbələ” fərqli “11-lik”lə meydana çıxıb. Yalnız Rasim Ramaldanovla Rövlan Muradov yenidən heyətdə olub. “Qırmızı-qaralar” ikinci 45 dəqiqəni bu “11-lik”lə keçirib: Anar Nəzirov, Rasim Ramaldanov, Urfan Abbasov, İlqar Qurbanov, Roman Hüseynov, Rüstəm Nuruyev, Rövlan Muradov, Cavid Hüseynov, Stiven Monroz, Lalavele Atakora, Samir Qurbanov. Oyunun ikinci hissəsində daha bir qol vurulub. Fərqi artıran bakılılar 2:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Qəbələ” XIX turun martın 3-də keçiriləcək matçında “Zirə” ilə görüşəcək.