«Qəbələ» yoxlama oyunu keçirəcək
Xəbərlər / 27 Avqust 2021 | 22:38232
«Qəbələ» yoxlama oyunu keçirəcək

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövründə hazırlığını davam etdirir. “Qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Elmar Baxşıyevin yetirmələri Bakı Olimpiya Stadionunda hazırlıq keçir. “Qəbələ” fasilə dövründə yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” I divizionun startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gələcək. Oyun avqustun 30-da baş tutacaq. Qarşılaşma saat 18:00-da başlayacaq.