“Qəbələ” yoxlama oyununda qalib gəldi
Xəbərlər / 14 İyul 2025 | 20:1112099
“Qəbələ” yoxlama oyununda qalib gəldi

“Qəbələ” – “Şamaxı” – 2:1

Ziya Şəkərxanov, Salman Ələsgərov

 

“Qəbələ” 2025/26 mövsümünün hazırlığını davam etdirir.

 

“Qırmızı-qaralar” Qəbələdə təşkil olunan təlim-məşq toplanışında yoxlama oyunu keçirib. Kaxaber Tsxadadzenin yetirmələri “Şamaxı” ilə üz-üzə gəliblər.

 

Görüş Qəbələ şəhər stadionunda baş tutub. Komandamız qarşılaşmaya aşağıdakı start heyəti ilə çıxıb: Səlahət Ağayev, Murad Musayev, Süleyman Damadayev, İsaak Amoah, Nuğay Rəşidov, Nicat Əliyev, Şahin Şahniyarov, Urfan İsmayılov, Paulo Quimbila, Domi Massoumo, Adriel Ba Loua.

 

Matçın gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. Komandamızın qollarına da meydana sonradan daxil olan futbolçular imza atıblar. Ziya Şəkərxanov və Salman Ələsgərovun qolları “qırmızı-qaralar”a 2:1 hesablı qələbə qazandırıb.