Azərbaycan kubokunun 1/8 final mərhələsinin təyinatları açıqlanıb. Dekabrın 2-də start götürüb, iki gün ərzində keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Öz meydanında “Zaqatala” ilə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Dekabrın 3-də baş tutacaq görüşün baş hakimi Rauf Cabbarov olacaq. Baş hakimə Nahid Əliyevlə Vüsal Qənbərov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Xəlil Xəlilov yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Vüsal Əliyev qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Nüvər Xasıyev olacaq.
Xatırladaq ki, dekabrın 3-də baş tutacaq “Qəbələ” - “Zaqatala” matçı saat 15:00-da başlayacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
Azərbaycan kuboku
1/8 final, 3 dekabr (şənbə)
15:00. “Qəbələ” – “Zaqatala”
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Vüsal Qənbərov
Dördüncü hakim: Xəlil Xəlilov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu