“Qəbələ” – “Zaqatala” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 11 Sentyabr 2024 | 13:381338
“Qəbələ” – “Zaqatala” oyununun hakimləri müəyyənləşdi

I Liqada 2024-2025-ci illər mövsümünün I turunun təyinatları açıqlanıb. Sentyabrın 11-13 baş tutacaq görüşlərin hakimləri bəlli olub.

 

“Qəbələ”nin “Zaqatala” ilə ev matçının təyinatları da müəyyənləşib. Turun son günündə keçiriləcək qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq. Ona Rəhman Aslanov və Samir Qaracayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Murad Səlimov yerinə yetirəcək.

 

Qeyd edək ki, sentyabrın 13-də Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 17:00-da başlayacaq.

 

I Liqa

I tur

13 sentyabr (cümə)

17:00. “Qəbələ” – “Zaqatala”

Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Namiq Əliyev

Qəbələ şəhər stadionu