“Qəbələ” – “Zaqatala” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 13 May 2025 | 16:5115199
“Qəbələ” – “Zaqatala” oyununun hakimləri müəyyənləşdi

I Liqada XXVI turun təyinatları açıqlanıb.

 

Mayın 15-16-da baş tutacaq görüşlərin hakimləri bəlli olub. “Qəbələ”nin “Zaqatala” ilə ev matçının təyinatları da müəyyənləşib.

 

Turun ilk günündə keçiriləcək qarşılaşmanın baş hakimi Emin Əliyev olacaq. Ona Orxan İbişov və Rizvan Süleymanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nəriman Ağayev yerinə yetirəcək. Görüşün hakim-inspektoru Ömər Paşayev, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

 

Qeyd edək ki, mayın 15-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zaqatala” matçı saat 16:00-da başlayacaq.