“Qəbələ” – “Zaqatala” oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 6 Sentyabr 2024 | 16:462141
“Qəbələ” – “Zaqatala” oyununun vaxtı müəyyənləşdi

I Liqada 2024-2025-ci illər mövsümünün ilk oyun cədvəli açıqlanıb. Sentyabrın 11-13-də keçiriləcək I turun qarşılaşmalarının vaxtı və yeri dəqiqləşib. 

 

“Qəbələ”nin “Zaqatala” ilə ev oyununun da vaxtı bəlli olub. Turun son günündə baş tutacaq görüş saat 17:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

I Liqa

I tur

13 sentyabr (cümə)

17:00. “Qəbələ” – “Zaqatala”
Qəbələ şəhər stadionu