“Qəbələ” – “Zaqatala” oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 10 May 2025 | 10:3315391
“Qəbələ” – “Zaqatala” oyununun vaxtı müəyyənləşdi

I Liqada XXVI turun oyun cədvəli açıqlanıb. 

 

Mayın 15-16-da keçiriləcək turun qarşılaşmalarının vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Zaqatala” ilə ev oyununun da vaxtı bəlli olub. 

 

Turun ilk günündə baş tutacaq görüş saat 16:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.

 

Qeyd edək ki, I Liqada çempionluğu təmin edən “Qəbələ” 25 oyunda 61 xal toplayıb.