“Zaqatala” – “Qəbələ” – 1:1
13 mart 2025. Saat 15:00. Zaqatala OİK stadionu. 1000 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Rasim Axundov, Asif Abdullayev
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Aşqin Abazərov, 11 (qeyri-idman hərəkəti); Asim Babazadə, 17 (qeyri-idman
hərəkəti)
Qollar: Jan Pol Assumu, 55 // Murad Musayev, 16
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
“Qəbələ” növbəti oyununu keçirib.
“Qırmızı-qaralar” I Liqanın XVIII turunda “Zaqatala” ilə qarşılaşıb. Kaxaber Tsxadadzenin yetirmələri II dövrədəki son matçını səfərdə keçiriblər. Zaqatalada baş tutan görüşdə hesabı “Qəbələ” açıb. Komandamızın kapitanı Murad Musayev 16-cı dəqiqədə fərqlənib.
Meydan sahibləri ikinci hissənin əvvəlində hesabı bərabərləşdirib – 1:1. Beləliklə, “Qəbələ” Zaqatala səfərindən 1 xalla ayrılıb.
Qeyd edək ki, 18 turda 46 xal toplayan “qırmızı-qaralar” I Liqanın lideridir. Komandamız III dövrəyə evdə başlayacaq. “Qəbələ” XIX turda “Mingəçevir”lə qarşılaşacaq. Martın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.
“Zaqatala”
1. İvan Markov
9. Asim Babazadə
(99. Cəlal Cəbrayılov, 61)
77. Sərxan Abdullayev
8. Roini İsmayılov (k)
(14. Davud Mahmudov, 90)
55. Mətin Qəhrəmani
10. Rüstəm Nuruyev
27. Mahmud Məmmədov
24. Cavad Qurbanlı
20. Nemət Şıxəmirov
11. Aşqin Abazərov
(19. Yusif Dilanov, 90+2)
15. Jan Pol Assumu
Ehtiyat oyunçular:
62. Sərdar Sərdari
12. Həsən Həsənli
17. Stenli Okezi
44. İbrahim Məmmədov
Baş məşqçi: Rüstəm Məmmədov
“Qəbələ”
1. Səlahət Ağayev
28. Murad Musayev (k)
8. Urfan İsmayılov
(22. Fərid İsgəndərov, 64)
97. Elşad Tağıyev
(9. Ruslan Voronsov, 83)
13. Nicat Əliyev
19. Abdullahi Şuaybu
(20. Oçe Oçoveçi, 64)
74. Süleyman Damadayev
5. Samir Həsənov
14. Domi Massumo
(11. Asif Məmmədov, 73)
66. Nuğay Rəşidov
10. Şahin Şahniyarov
(6. Emil Süleymanov, 64)
Ehtiyat oyunçular:
12. Müşfiq Nadirov
94. Həbib Hüşənov
25. İbrahim Ramazanov
26. Elnur Mustafayev
21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze