Bu həftə Azərbaycan Premyer Liqasında 2020-2021-ci illər mövsümünə start veriləcək. “Qəbələ” turun son oyun günündə meydana çıxacaq. Avqustun 23-də keçiriləcək qarşılaşmada “qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq matç iki komanda arasında ümumilikdə 22-ci, Premyer Liqada 20-ci görüş olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 19 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan kubokunda qarşılaşıb.
Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 qələbəsi olan “qırmızı-qaralar” 8 dəfə heç-heçə edib və yalnız 4 dəfə uduzub. Hesabında 31 qol olan futbolçularımız 18 top buraxıb. “Zirə” ilə matçlarda Aleksey Qay hamıdan çox – 4 qola imza atıb. Ermin Zets bu qarşılaşmalarda üç dəfə fərqlənib. Altı futbolçu - Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopezin aktivində iki top var.
Çempionatdakı 19 oyunda da üstünlük komandamızın tərəfindədir. 7 qarşılaşmada aktivinə üç xal yazan “Qəbələ” 8 dəfə bir xalla kifayətlənib. Yalnız 4 dəfə xalsız qalan “qırmızı-qaralar” top fərqində də üstündür – 24:16.
Komandamız “Zirə” ilə qarşılaşmaya 11-ci dəfə ev sahibliyi edəcək. Rəqibini indiyədək 10 dəfə qəbul edən “qırmızı-qaralar” öz meydanında 5 dəfə qalib gəlib. Doğma divarlar arasında 4 heç-heçəsi olan komanda yalnız bir dəfə məğlub olub. Evdə 16 qol vuran futbolçularımız qapısından 7 top buraxıb.
Paytaxt təmsilçisi ilə son iki görüşdə qələbə qazanan komandamız ardıcıl 5 qarşılaşmada meydanı xalsız tərk etməyib. “Qırmızı-qaralar” son 6 görüşdə rəqibinə uduzmayıb.
Xatırladaq ki, “Qəbələ” – “Zirə” matçı avqustun 23-də keçiriləcək.
2015/16 mövsümü
25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24
02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2
Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84
09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1
Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36
13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2
Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84
07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3
Rafael Santos, 26; Ermin Zets, 47, 79
2016/17 mövsümü
25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2
Teo Uiks, 19;76
19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0
Filip Ozobiç, 52
12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88
02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61
2017/18 mövsümü
09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1-p. // Viktor İqbekoyi, 74
28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 // Famussa Kone, 72
17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Stiven Monroz, 56; Baqali Dabo, 64 // Aleksandr Dedov, 39
08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Milan Duriç, 53-p. // Stiven Monroz, 78
2018/19 mövsümü
05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Miloş Radivoyeviç, 86
02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)
19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71
2019/20 mövsümü
06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65
30.11.2019. Premyer Liqa. Qəbələ – Zirə – 3:0
Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70
01.03.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:2
İlkin Muradov, 21 // Fernan Lopez, 79; Rövlan Muradov, 88