«Qəbələ» - «Zirə»: 33-cü duel
Xəbərlər / 5 Aprel 2023 | 20:531270
«Qəbələ» - «Zirə»: 33-cü duel

Bu həftə Misli Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Turun ilk günündə meydana çıxacaq “Qəbələ” “Zirə” ilə qarşılaşacaq. Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Bu, iki komanda arasında 33-cü duel olacaq. İndiyədək rəqiblər 32 dəfə görüşüb. 12 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 43 qol vuran “qırmızı-qaralar” 28 top buraxıb. Komandamızın bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.

İndiyədək keçirilən 32 görüşdən 30-u çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 10 dəfə qalib gələn komandamız 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 36 qol vuran “qırmızı-qaralar” 26 top buraxıb.

“Qəbələ” 16-cı dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 6 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 20 qol vuran komandamız 10 top buraxıb.

Xatırladaq ki, aprelin 7-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 17:00-da başlayacaq.

 

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84 

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84 

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26; Ermin Zets, 47, 79 

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76 

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88 

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61

2017/18 mövsümü 

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1-p. // Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 // Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 // Aleksandr Dedov, 39 

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Milan Duriç, 53-p. // Stiven Monroz, 78 

2018/19 mövsümü 

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)

19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71

2019/20 mövsümü

06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65

30.11.2019. Premyer Liqa. Qəbələ – Zirə – 3:0

Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70

01.03.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:2

İlkin Muradov, 21 // Fernan Lopez, 79; Rövlan Muradov, 88

2020/21 mövsümü

23.08.2020. Premyer Liqa. Qəbələ – Zirə – 1:1

Asif Məmmədov, 3 // Ağabala Ramazanov, 28

21.01.2021. Premyer Liqa. Zirə – Qəbələ – 2:0

Musa Qurbanlı, 45+1; Davit Volkov, 90+4

14.03.2021. Premyer Liqa. Qəbələ – Zirə – 1:1

Vinko Medimoreç, 23 // Fakundo Melivilo, 90+3

09.05.2021. Premyer Liqa. Zirə – Qəbələ – 0:0

2021/22 mövsümü

16.10.2021. Premyer Liqa. Qəbələ – Zirə – 1:1

Ülvi İsgəndərov, 79 // Cəlal Hüseynov, 18

05.12.2021. Premyer Liqa. Zirə – Qəbələ – 1:2

Davit Volkov, 45+4 // Urfan Abbasov, 32; Rövlan Muradov, 40

13.03.2022. Premyer Liqa. Qəbələ – Zirə – 0:0

04.05.2022. Premyer Liqa. Zirə – Qəbələ – 0:3

Fernan Lopes, 26; Rafael Utziq, 45; Omar Hani, 81

2022/23 mövsümü

04.09.2022. Premyer Liqa. Zirə – Qəbələ – 2:1

Rəhim Sadıxov, 45, 74 // İsnik Alimi, 35 (p.)

05.11.2022. Premyer Liqa. Qəbələ – Zirə – 1:0

Ülvi İsgəndərov, 90+3

05.02.2023. Premyer Liqa. Zirə – Qəbələ – 2:2

Dmitrios Çantakias, 15; Loris Broqno, 57 // Rafael Utziq, 3; Felipe Santos, 78