Bu həftə Misli Premyer Liqasında V turun matçları keçiriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki turun ikinci günündə meydana çıxacaq “Qəbələ” “Zirə” ilə qarşılaşacaq. Görüş Qəbələ şəhər stadionunda təşkil olunacaq. Bu, iki komanda arasında 34-cü duel olacaq. İndiyədək rəqiblər 33 dəfə görüşüb. 13 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 45 qol vuran “qırmızı-qaralar” 29 top buraxıb. Komandamızın bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.
İndiyədək keçirilən 33 görüşdən 31-i çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 11 dəfə qalib gələn komandamız 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 38 qol vuran “qırmızı-qaralar” 27 top buraxıb.
“Qəbələ” 17-ci dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 7 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 22 qol vuran komandamız 11 top buraxıb.
Xatırladaq ki, sentyabrın 2-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 18:00-da başlayacaq.
2015/16 mövsümü
25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24
02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2
Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84
09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə - 5:1
Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36
13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2
Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84
07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3
Rafael Santos, 26; Ermin Zets, 47, 79
2016/17 mövsümü
25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2
Teo Uiks, 19;76
19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0
Filip Ozobiç, 52
12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88
02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61
2017/18 mövsümü
09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1-p. // Viktor İqbekoyi, 74
28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 // Famussa Kone, 72
17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Stiven Monroz, 56; Baqali Dabo, 64 // Aleksandr Dedov, 39
08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Milan Duriç, 53-p. // Stiven Monroz, 78
2018/19 mövsümü
05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Miloş Radivoyeviç, 86
02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)
19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71
2019/20 mövsümü
06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65
30.11.2019. Premyer Liqa. Qəbələ – Zirə – 3:0
Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70
01.03.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:2
İlkin Muradov, 21 // Fernan Lopez, 79; Rövlan Muradov, 88
2020/21 mövsümü
23.08.2020. Premyer Liqa. Qəbələ – Zirə – 1:1
Asif Məmmədov, 3 // Ağabala Ramazanov, 28
21.01.2021. Premyer Liqa. Zirə – Qəbələ – 2:0
Musa Qurbanlı, 45+1; Davit Volkov, 90+4
14.03.2021. Premyer Liqa. Qəbələ – Zirə – 1:1
Vinko Medimoreç, 23 // Fakundo Melivilo, 90+3
09.05.2021. Premyer Liqa. Zirə – Qəbələ – 0:0
2021/22 mövsümü
16.10.2021. Premyer Liqa. Qəbələ – Zirə – 1:1
Ülvi İsgəndərov, 79 // Cəlal Hüseynov, 18
05.12.2021. Premyer Liqa. Zirə – Qəbələ – 1:2
Davit Volkov, 45+4 // Urfan Abbasov, 32; Rövlan Muradov, 40
13.03.2022. Premyer Liqa. Qəbələ – Zirə – 0:0
04.05.2022. Premyer Liqa. Zirə – Qəbələ – 0:3
Fernan Lopes, 26; Rafael Utziq, 45; Omar Hani, 81
2022/23 mövsümü
04.09.2022. Premyer Liqa. Zirə – Qəbələ – 2:1
Rəhim Sadıxov, 45, 74 // İsnik Alimi, 35 (p.)
05.11.2022. Premyer Liqa. Qəbələ – Zirə – 1:0
Ülvi İsgəndərov, 90+3
05.02.2023. Premyer Liqa. Zirə – Qəbələ – 2:2
Dmitrios Çantakias, 15; Loris Broqno, 57 // Rafael Utziq, 3; Felipe Santos, 78
07.04.2023. Premyer Liqa. Qəbələ – Zirə – 2:1
Ramon Maçado, 58; Ruan Renato, 80 // Eldar Quliyev, 69