«Qəbələ» «Zirə» ilə qarşılaşacaq
Xəbərlər / 19 Dekabr 2019 | 20:53196
«Qəbələ» «Zirə» ilə qarşılaşacaq

“Qəbələ” Azərbaycan kubokunun yarımfinalında “Zirə” ilə qarşılaşacaq. Paytaxt təmsilçisi 1/4 finalda “Səbail”ə qalib gəlib. Hər iki oyununun 90 dəqiqəsi qolsuz başa çatan duelin taleyi əlavə vaxtda həll olunub. Yeganə qol “Zirə”ni yarımfinala daşıyıb.

“Qəbələ”nin paytaxt klubu ilə yarımfinal oyunları gələn ilin aprelində baş tutacaq. Komandamız ayın 22-də evdə, 29-da səfərdə oynayacaq.

Xatırladaq ki, “qırmızı-qaralar” dörd gün əvvəl evdə 3:0 hesabı ilə məğlub etdiyi “Sabah”la cavab matçında da qələbə qazanıb – 3:2.