“Qəbələ” 2021/22 mövsümünün hazırlığını davam etdirir. “Qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda paytaxtdakı hazırlıq prosesində daha bir yoxlama oyunu keçirəcək. “Qəbələ” “Zirə” ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 30-da baş tutacaq. “Dalğa Arena”da keçiriləcək matç saat 18:30-da başlayacaq.
Xatırladaq ki, “qırmızı-qaralar” bunadək Bakı toplanışında “Zirə” (0:3) və “Səbail”lə (3:2) görüşüb.