“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründəki hazırlığa sabah start verəcək. Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” ilə səfər oyunundan sonra (0:4) üçgünlük istirahətə buraxılan komanda Bakıda bir araya gələcək. “Qırmızı-qaralar” gündə bir dəfə olmaqla Bakı Olimpiya Stadionunda məşq keçəcək. “Qəbələ” fasilə müddətində bir yoxlama oyunu keçirəcək. Komandamız martın 27-də “Zirə” ilə üz-üzə gələcək. Matç Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.