“Zirə” – “Qəbələ” – 2:1
Davit Volkov, 11, Kris Diqbeu, 90 // İsmael Akinade, 14
“Qəbələ” növbəti oyununu keçirib.
Komandamız Misli Premyer Liqasının XI turunda “Zirə”nin qonağı olub. “Qırmızı-qaralar” “Zəfər turu”nun matçını Zirə İdman Kompleksinin stadionunda keçirib.
I dövrənin son turunun qarşılaşmasında üç qol vurulub. İlk yarıda hər iki komanda fərqlənib. Öncə meydan sahibləri hesabı açsalar da, İsmael Akinade bərabərlik qoluna imza atıb – 1:1. Görüşün sonlarında rəqib daha bir qol vurub və 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Qəbələ” növbəti oyununu noyabrın 21-də “Şəfa”ya qarşı keçirəcək. Misli Premyer Liqasının XII turunun “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşması saat 17:00-da başlayacaq.