Topaz Premyer Liqasında XVI turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun mərkəzi oyununda “Zirə”ni qəbul edəcək “Qəbələ”nin də matçına təyinatlar məlum olub. Fevralın 17-də keçiriləcək görüşü Rauf Cabbarov idarə edəcək. Onun köməkçiləri Akif Əmirəli və Knyaz Əmiraslanov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matçın AFFA nümayəndəsi Məmmədəli Məmmədov, hakim-inspektor Məhəmməd Məmmədov olacaq.
Xatırladaq ki, fevralın 17-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 15:00-da başlayacaq.
Topaz Premyer Liqası
XVI tur
17 fevral (şənbə)
15:00. “Qəbələ” – “Zirə”
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Knyaz Əmiraslanov
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu