«Qəbələ» «Zirə»ni 3 qolla keçdi - Fotoreportaj
Xəbərlər / 2 Fevral 2015 | 17:43189
«Qəbələ» «Zirə»ni 3 qolla keçdi - Fotoreportaj

2014-15 mövsümünün ikinci yarısına “Bakı” üzərində 2:0 hesablı səfər qələbəsi ilə başlayan “Qəbələ” bu gün yoxlama oyununda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Azərbaycan çempionatının I divizionunda çıxış edən “Zirə”ni sınağa çəkib. “Bakı” ilə matçda meydana çıxmayanlar və meydanda o qədər də çox vaxt keçirməyənlər, həmçinin əvəzedici heyətin üzvləri meydana çıxıb:

Anar Nəzirov (Cavidan Hüseynzadə), Ruslan Tağızadə, Sadiq Quliyev, Aleksandru Benqa (Sahil Mirzəyev), Bəhlul Mustafazadə, Adrian Ropotan, Emin Zamanov , Ekiqo Ehiosun (Ehtiram Şahverdiyev), Mixail Sivakov, Tellur Mütəllimov (Qismət Alıyev), Ramin Həsənov.

ADBTİA-nın stadionunda keçirilən qarşılaşmada “Qəbələ” qalib gəlib – 3:1.Yoxlama oyununun taleyini ilk yarıda iki qol vuran Mixail Sivakov həll edib. Belaruslu legioner 10-cu və 42-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. “Qırmızı-qaralar”ın 3-cü qolunu isə Ekiqo Ehiosun vurub. O, matçın 67-ci dəqiqəsində zirəliləri məyus edib.
Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 6-da öz meydanında AZAL-a qarşı keçirəcək.