“Qəbələ” – “Zirə” – 7:2
(Ehtiram Şahverdiyev, 18 (p.), 39, 61; Vadim Abdullayev, 37, 43; Ülvi İsgəndərov, 73, 82 // Ürfan İsmayılov, 10; Elgün Nəbiyev, 63)
Bu gün əvəzedicilərin yarışında XXV turun oyunları keçirilib. Çempionatın lideri “Qəbələ” “Zirə” ilə qarşılaşıb. Son 7 matçda məğlub olmayan “qırmızı-qaralar” paytaxt təmsilçisini də itkisiz keçib. I dövrənin IX turunda olduğu kimi yenə “Qəbələ” – “Zirə” qarşılaşmasında 9 qol vurulub. Həmin vaxt 8:1 hesabı ilə qalib gələn Ramin Quliyevin yetirmələri bu dəfə 3 xalı 7:2 hesablı qələbə ilə qazanıb. Bununla da komandamız cari mövsümdəki son məğlubiyyətinin – XVII turdakı 0:1 hesablı səfər yenilgisinin də əvəzini çıxıb. Düzdür, hesabı erkən qolla rəqib açıb. Lakin fasiləyədək Ehtiram Şahverdiyev və Vadim Abdullayev hərəyə 2 qol vurub, hesabı 4:1-ə çatdırıb. Fasilədən sonra çempionatın ən yaxşı bombardiri olan Şahverdiyev mövsümdəki ilk het-trikini rəsmiləşdirib, qol sayını 17-yə çatdırıb. Bu qoldan sonra qonaqlar fərqi azaltmağa nail olublar. Ülvi İsgəndərovun 13 dəqiqəyə vurduğu iki qol yekun nəticəni müəyyənləşdirib – 7:2.
Beləliklə, hesabını 53-ə çatdıran lider ən yaxın izləyicisi ilə 7 xallıq fərqi qoruyub.
| 1 | Qəbələ | 25 | 17 | 2 | 6 | 60-26 | 53 |
| 2 | Sumqayıt | 25 | 13 | 7 | 5 | 49-27 | 46 |
| 3 | Kəpəz | 25 | 11 | 8 | 6 | 36-29 | 41 |
| 4 | Qarabağ | 25 | 11 | 7 | 7 | 36-22 | 40 |
| 5 | Neftçi | 25 | 11 | 6 | 8 | 52-34 | 39 |
| 6 | Zirə | 25 | 10 | 5 | 10 | 33-44 | 35 |
| 7 | Rəvan | 25 | 9 | 2 | 14 | 33-44 | 29 |
| 8 | İnter | 25 | 8 | 3 | 14 | 40-51 | 27 |
| 9 | AZAL | 25 | 6 | 4 | 15 | 29-54 | 22 |
| 10 | Xəzər Lənkəran | 25 | 6 | 2 | 17 | 29-66 | 20 |