«Qəbələ»-«Zirə» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 18 Noyabr 2016 | 18:20343
«Qəbələ»-«Zirə» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XII turunun təyinatları açıqlanıb. Noyabrın 19-da start götürüb, iki gün ərzində keçiriləcək turun oyunlarının hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Öz meydanında “Zirə” ilə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Turun ilk günü – noyabrın 19-da baş tutacaq görüşün baş hakimi Ömər Paşayev olacaq. 2017-ci ildən FİFA referisi statusu daşıyacaq hakimə Knyaz Əmiraslanovla Vüsal Qənbərov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Akif Əmirəli yerinə yetirəcək. Əliyar Ağayev və Orxan Məmmədov Qəbələ şəhər stadionunda keçiriləcək matça əlavə köməkçi hakimlər kimi təyinat alıblar. Ədalət təmsilçilərinin işinə Əli Hüseynov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Eldəniz Musayev olacaq. 
Xatırladaq ki, noyabrın 19-da baş tutacaq “Qəbələ” – “Zirə” matçı saat 15:00-da başlayacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək. 

XII tur, 19 noyabr (şənbə)
15:00. “Qəbələ” – “Zirə”
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Dördüncü hakim: Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu