Topaz Premyer Liqasının XXIV turunun təyinatları açıqlanıb. Aprelin 2-də keçiriləcək görüşlərin hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi bəlli olub. “Qəbələ” ilə “Zirə” arasındakı matçın təyinatları da müəyyənləşib. Qəbələ şəhər stadionundakı oyunu İnqilab Məmmədov idarə edəcək. Ona İsgəndər Əliyev və Cavanşir Yusifov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Elvin Əsgərov yerinə yetirəcək. Matçın AFFA nümayəndəsi Məmmədəli Məmmədov, hakim-inspektoru isə Rövşən Əhmədov olacaq.
XXIV tur
2 aprel (bazar)
18:30. “Qəbələ” – “Zirə”
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: İsgəndər Əliyev, Cavanşir Yusifov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu