Azərbaycan Premyer Liqasında XIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Noyabrın 30-da start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun ilk günündə meydana çıxacaq “Qəbələ”nin matçının təyinatları da bəlli olub. “Qırmızı-qaralar”ın “Zirə” ilə ev oyununu Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyevlə Vüqar Bayramov olacaq. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyunun hakim-inspektoru Ceyhun Haşımov, AFFA nümayəndəsi Aslan Şahgəldiyev olacaq.
Xatırladaq ki, “Qəbələ” – “Zirə” görüşü saat 15:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XIII tur
30 noyabr (şənbə)
15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev. Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu