«Qəbələ» - «Zirə» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 22 Avqust 2020 | 19:40248
«Qəbələ» - «Zirə» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2020-2021-ci illər mövsümünün ilk turunun son təyinatları açıqlanıb. Turun son günündə meydana çıxacaq “Qəbələ”nin matçının hakimləri, həmçinin hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. “Qırmızı-qaralar”ın “Zirə” ilə ev oyununu Kamal Umudlu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Cavanşir Yusifov olacaq. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyunun hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Mübariz Hüseynov olacaq.

Xatırladaq ki, avqustun 23-də baş tutacaq “Qəbələ” – “Zirə” görüşü saat 19:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

I tur

23 avqust (bazar)

19:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov 

Qəbələ şəhər stadionu