Azərbaycan Premyer Liqasında XX turun ikinci gününün təyinatları açıqlanıb. Sabah keçiriləcək oyunların hakimləri, həmçinin hakim-inspektoru və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə ev oyununu Vüqar Həsənli idarə edəcək. Onun köməkçiləri Pərvin Talıbovla Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyunun hakim-inspektoru Feyzulla Feyzullayev, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
Xatırladaq ki, “Qəbələ” – “Zirə” görüşü saat 15:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XX tur
14 mart (bazar)
15:00. “Qəbələ” –“Zirə”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu