Azərbaycan Premyer Liqasında VII turun ilk gününün təyinatları açıqlanıb. Sabah keçiriləcək oyunların hakimləri, həmçinin hakim-inspektoru və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə ev oyununu Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşü saat 17:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
VII tur
16 oktyabr (şənbə)
17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu