Azərbaycan Premyer Liqasında XIX turun bütün təyinatları açıqlanıb. Sabah start götürəcək turun oyunlarının hakimləri, həmçinin hakim-inspektoru və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə ev oyununu Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşü saat 16:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XIX tur
13 mart (bazar)
16:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu