Misli Premyer Liqasında XIII turun bütün təyinatları açıqlanıb. Sabah start götürəcək turun oyunlarının hakimləri, həmçinin hakim-inspektorları müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə ev oyununu Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynovla Eyyub İbrahimov olacaq. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşü saat 15:00-da başlayacaq.
Misli Premyer Liqası
XIII tur
5 noyabr (şənbə)
15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu