«Qəbələ» - «Zirə» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 6 Aprel 2023 | 16:081243
«Qəbələ» - «Zirə» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXIX turun bütün təyinatları açıqlanıb. Sabah start götürəcək turun oyunlarının hakimləri, həmçinin hakim-inspektorları və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə ev oyununu Tural Qurbanov idarə edəcək. Onun köməkçiləri Vüsal Məmmədov və Rəhman İmami olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. 

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşü saat 17:00-da başlayacaq.

 

Misli Premyer Liqası

XXIX tur

7 aprel (cümə)

17:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu