Misli Premyer Liqasında V turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun oyunlarının hakimləri, həmçinin hakim-inspektorları və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə ev oyununu Cavid Cəlilov idarə edəcək.
Xatırladaq ki, sentyabrın 2-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşü saat 18:00-da başlayacaq.
Misli Premyer Liqası
V tur
2 sentyabr (şənbə)
18:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu